“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib.
Sportarena.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl ikinci ildir ki, doğulduğu qitənin ən yaxşı futbolçusu adını qazanır.