Antalyanın Lara bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah” klubu yanvarın 12-də toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin birinci liqa klubu "Eskişehirspor”la qarşılaşacaq.Görüş yerli vaxtla saat 15:30-da, "Titanik” otelinin stadionunda baş tutacaq.
Xatırladaq ki, "Sabah" yanvarın 16-da Qazaxıstanın "Tobol”, 19-da isə Macarıstanın "MTK Budapeşt” klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulub. Rəqibin adı hələlik məlum deyil.