"Keşlə”dən ayrılan Orxan Sadıqlının yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 26 yaşlı qapıçı karyerasını "Zirə”də davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub, rəsmi müqavilə tezliklə imzalanacaq.
Qeyd edək ki, Orxan Sadıqlı cari mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt”da keçirib. O, daha əvvəl yetirməsi olduğu "Xəzər Lənkəran”ın da formasını geyinib.