Türkiyənin “Dənizlispor” klubu “Qəbələ”nin futbolçusu Lalavele Atakora ilə maraqlanır.
Sportarena.az xəbər verir ki, "xoruzlar" toqolu cinah oyunçusunun transferi istiqamətində fəaliyyətə başlayıb. 29 yaşlı yarımmüdafiəçinin yenidən Türkiyəyə dönməyə müsbət yanaşdığı bildirilir.Danışıqları davam etdirən "Dənizlispor"un bütün məsələləri yoluna qoyduğu və transferin gerçəkləşməsinin an məsələsi olduğu bildirilir.
Qeyd edək ki, Lalavele Atakora 2013/14 mövsümündə "Balıkəsirspor"da icarə əsasında və 2017/18 mövsümündə "Adana Dəmirspor"da forma geyinib. O, 2018-ci il iyulun 3-də "Qəbələ" ilə 1+1 illik müqavilə bağlayıb.