UEFA Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.
Sportarena.az xəbər verir ki,UEFA Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.