Ötən gün AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvləri “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, tədbirdə komitənin sədri Frits Stuxlik, üzvü Elçin Məmmədov və FİFA referisi Əliyar Ağayev iştirak ediblər.
Komitə rəhbəri komanda üçün seminar keçib. Seminar iki hissədən ibarət olub. Öncə komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları kimi bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb. Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.