Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun forma geyindiyi Almaniyanın III Bundesliqa təmsilçisi "Proyssen” yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Münster təmsilçisi əsas Bundesliqa klubu "Bayer"lə qarşılaşıb.
Matç Lezerkuzen klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib.