FİFA-dan Türkiyə klubunu cəzalandırdı

17:10 12 Yanvar 2019

FİFA Türkiyənin “Manisaspor” klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu hazırda 2-ci liqada mübarizə aparan bu komandanın hesabından 6 xalının silinməsi barədə qərar çıxarıb. Artıq Türkiyə Futbol Federasiyası Manisa klubunu bu qərarla bağlı xəbərdar edib.

 

Cəzaya isə “Manisaspor”un Portuqaliyanın “Benfika” klubuna olan transfer borcunu vaxtında ödəyə bilməməsi səbəb olub.Hazırda -1 xalı olan sözügedən komandanın yeni cəzadan sonra -7 xalı olacaq.

 

Xatırladaq ki, “Manisaspor”un bu mövsümün əvvəlində sabiq futbolçusu Stanislav İvanskiyə olan borcunu ödəmədiyinə görə də 6, həmçinin lisenziyalaşdırma prosesindən keçə bilmədiyi üçün əlavə 3 xalı silinmişdi.


Digər xəbərlər

Xəbər xətti