"Yanvarın 6-da toplanışa başlayıb məşqlərimizi paytaxtda davam etdirdik. Hazırlıq prosesinin arxada qalan hissəsi istədiyimiz kimi keçdi. Bu gün keçirilən yoxlama matçı da bizim üçün yaxşı məşq oldu. "Qaradağ Lökbatan” bizə yaxşı müqavimət göstərdi. Həm də gənc futbolçularımızı müəyyən mövqelərdə sınadıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov birinci divizion təmsilçisi "Qaradağ Lökbatan”a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.
"İlk oyun üçün yaxşı alındı. Ən əsası odur ki, görüşlə bağlı planımız həyata keçdi. Toplanış öncəsi futbolçular yaxşı istirahət etmişdi. Bu da əhval-ruhiyyənin yaxşı olması baxımından müsbət haldır. Toplanış müddətində məşqlərimiz istədiyimiz kimi keçdi. Bunu hazırlıq prosesinin ilk mərhələsi üçün yaxşı hesab edirəm” - deyə o bildirib.