"Bura mənim evimdir, ailəmdir" - Riçard Almeyda

01:51 13 Yanvar 2019

“Qarabağ”ın köhnə-yeni futbolçusu Riçard Almeyda Ağdam klubuna qayıdışı ilə bağlı açıqlama verib.


Sportarena.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubundan icarəyə götürülən Azərbaycan yığmasının üzvü bunları söyləyib:


“Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir. Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacam”.


Digər xəbərlər

Xəbər xətti