"Qalatasaray" klubu 2018-2019-cü il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın "RB Leipzig" komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçı 12 min tamaşaçı izləyib.
Bildirək ki, Fatih Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku çərçivəsində "Boluspor"a qarşı keçirəcək.