"Roma" klubunda 2018-ci ilin ən yaxşıları müəyyənləşib.
Sportarena.az xəbər verir ki,paytaxt klubunun azarkeşləri arasında aparılan sorğu nəticəsində Türkiyə yığmasının hücumçusu Cengiz Ünder "canavarlar"ın nə yaxşı gənc futbolçusu seçilib. O səslərin 62 faizini toplamaqla digər komanda yoldaşlarını qabaqlayıb.
"Roma"da 2018-ci ilin ən yaxşı qolunun müəllifi də Ünder olub. Onun ötən mövsüm "Udineze" ilə oyunda vurduğu qol ən yaxşı seçilib.