"Qəbələ" Antalyada ilk məşqə çıxdı

22:10 13 Yanvar 2019

Bu gün Türkiyəyə uçan "Qəbələ" vaxt itirmədən hazırlığa başlayıb.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" bu gün Antalyada ilk məşqə çıxıb.

 

Hazırlıq günün ikinci yarısında fitnes salonda baş tutub. Futbolçular məşq prosesi zamanı müxtəlif fiziki çalışmalar yerinə yetiriblər.

 

Yanvarın 27-dək Antalyada toplanış keçəcək "Qəbələ" orda olduğu müddətdə "Meppen” (Almaniya - 16 yanvar), "Yenisey" (Rusiya - 20 yanvar), "Fakel” (Rusiya - 24 yanvar) və "MTK Budapeşt"lə (Macarıstan - 26 yanvar) yoxlama görüşündə gücünü sınayacaq.


Digər xəbərlər

Xəbər xətti