"Zirə" Türkiyədə hazırlıqlara başladı

22:44 13 Yanvar 2019

Bakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının ikinci mərhələsinə Türkiyədə start verib.

 

 Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi qonşu ölkədə ilk məşqinə çıxıb.Baş məşqçi Samir Abasov ilk gündə 1 məşqlə kifayətlənib.

 

Yanvarın 27-dək Antalyada hazırlıq keçəcək "Zirə" 4 yoxlama görüşü planlaşdırır. Rəqiblərdən 3-ü bəllidi. Bunlar "Taraz" (Qazaxıstan - 15 yanvar), "Konkordiya" (Rumıniya - 18 yanvar) və "Septemvri"di (Bolqarıstan - 26 yanvar).


Digər xəbərlər

Xəbər xətti