İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Yunayted” “Uembli” stadionunda “Tottenhem”lə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, “qırmızı şeytanlar” rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolun müəllifi Markus Reşford olub.
Qeyd edək ki, oyun “Mançester Yunayted”in qapıçısı David de Xeanın qurtarışları ilə daha çox yadda qalıb.