“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.
Diniyev karyerası ərzində "İnter" (2013-2015) və "Qarabağ" (2015-2019) klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.