“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.
Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb.
Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.