Futbol üzrə 21 yaşlılardan ibarət yığmanın yeni baş məşqçisi Milan Obradoviç yerli köməkçilərdən birini seçib.
Sportarena.az xəbər verir ki, serb mütəxəssis Elbrus Məmmədovu öz yanına götürüb. Bildirək ki, onların tanışlığı və yaxınlığı Ukraynadan başlayıb. Hələ "Xəzər-Lənkəran"da işlədiyi vaxt Kiyevdə "Pro" kateqoriyalı kurslara qatılan Elbrus Məmmədov Obradoviçlə münasibət qurub.