Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq.
Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq.
Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq.