Qış hazırlıq dövründə “Kəpəz” ilk transferini həyata keçirib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib. 22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.