Ansi Aqolli "Qarabağ"dan ayrılmaq istəmir.
Sportarena.az xəbər verir ki, alban müdafiəçi bu barədə ölkəsinin mətbutına açıqlama verib.
Aqolli bildirib ki, "Qarabağ"dan ayrılaraq "Tirana"ya keçəcəyi ilə bağlı xəbərlər doğru deyil: "Qarabağ"ın futbolçusuyam. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Ona görə də real bir şey yoxdu. Hazırda "Tirana"ya qayıtmaq yox, yalnız "Qarabağ" haqda düşünürəm".