"Düşərgədə hər şey qaydasındadır. Futbolçulardan tam istədiyimizi ala bilməmişik. Amma vaxtımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey düşündüyümüz kimi alınacaq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən təcrübəli mütəxəssis mövsümün ikinci hissəsinə ciddi hazırlaşdıqlarını bildirib:
"Mövsümün ilk hissəsi bizim üçün çox çətin oldu. Bəlkə də ikinci yarı daha çətin olacaq. Ona görə də futbolçularımız hər məşqdə, hər oyunda diqqətli və ciddi olmalıdırlar".
Qeyd edək ki, dünən "Qarabağ"ın düşərgəsində olan "TRT Spor" telekanalı komandanın hazırlıq prosesindən reportaj hazırlayıb.