İngiltərə çempionatının 22-ci turunun son oyununda “Mançester Siti” doğma meydanda “Vulverhempton”a qalib gəlib.
Sportarena.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Şəhərlilərin heyətində Qabriel Jesus dubla imza atıb (10 və 39-cu dəqiqələrdə), daha bir qolu isə 78-ci dəqiqədə Konor Kodi öz qapısına vurub.
Bu qələbə ilə xallarının sayını 53-ə çatdıran Xosep Qvardiolanın yetirmələri turnir cədvəlində ikinci yerini möhkəmlədiblər. İlk pillədə isə 57 xalla “Liverpul” qərarlaşıb.