Asiya Çempionlar Liqasında oynayan klub “Neftçi”yə təklif göndərdi

16:26 15 Yanvar 2019

“Neftçi” İranın “Esteqlal” komandası ilə oyun keçirə bilər.

 

Sportarena.az xəbər verir ki, persianfootball.com saytı bu görüşün Antalyada baş tutacağını bildirib. Görüşün dəqiq tarixi bəlli deyil.

 

“Neftçi”dən saytımıza verilən açıqlamada bu klubdan oyun keçirmək barədə onlara müraciət olunduğu təsdiqlənib. Lakin Bakı klubunun oyun proqramı əvvəldən tərtib olunduğundan, hələ bu barədə tam qərar verilməyib.

 

Qeyd edək ki, “Esteqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının qrup mərhələsinə hazırlaşır. İranın bürünc mükafatçısı olan Tehran klubunu 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır. (0xu.az)


Digər xəbərlər

Xəbər xətti