Antalyada təlim-məşq toplanışında olan "Zirə", "Sumqayıt" və "Səbail"in bu gün keçirilməli olan yoxlama oyunları təxirə salınıb.
Sportarena.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. "Zirə" bu gün Qazaxıstanın "Taraz", "Sumqayıt" "Jetısu”, "Səbail" isə Macarıstanın "Aqvital" klubları ilə yoxlama oyunu keçirməli idi.
"Sumqayıt" - "Jetısu” və "Səbail" - "Aqvital" görüşləri sabah baş tutacaq.