“Neftçi”dən ayrılan Slavko Braliç hazırda özünə yeni komanda axtarır.
Sportarena.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, bir neçə klubla danışıqlarını davam etdirən xorvatiyalı klub rəhbərliyinə müraciət edib.
26 yaşlı xorvatiyalı müdafiəçi formada qalmaq istədiyini bildirib. Bu üzdən də Braliç "Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.
Qeyd edək ki, "Neftçi” Slavko Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm komandanın heyətində 13 oyunda meydana çıxıb.