"Neftçi" Antalyada daha bir yoxlama oyunu keçirəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "İstiqlal"la qarşılaşacaq. "Ağ-qaralar" sınaq matçı keçirmək üçün onlara müraciət edən İran klubuna müsbət cavab verib. Yanvarın 20-nə nəzərdə tutulan görüş Bakı vaxtı ilə saat 16:30-da oynanılacaq.
Qeyd edək ki, "İsteqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının qrup mərhələsinə hazırlaşır. İranın bürünc mükafatçısı olan Tehran klubunu 2010/11 mövsümündə "Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.
"Neftçi" "İstiqlal"dan başqa, Rumıniyanın "Qaz Metan” (18 yanvar), Çexiyanın "Slovan” (23 yanvar) və Bolqarıstanın "Beroe" ( 26 yanvar) klubları ilə də qarşılaşacaq.