Futbol üzrə Türkiyə kubokunun 1/8 final mərhələsində keçirilməsi planlaşdırılan “Boluspor” - “Qalatasaray” matçı ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınıb.
Sportarena.az xəbər verir ki, “Qalatasaray” klubunun rəsmisi Abdurrahim Albayrak jurnalistlərə açıqlamasında qarşılaşmanın sabah keçiriləcəyini bildirib.Lakin oyunun keçirilməsi barədə son qərarı Türkiyə Futbol Federasiyası verəcək.