Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayıb. "Titanik" otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 18:00-da başlayıb.
"Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.
Yoxlama oyunu
16 yanvar
18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan) 2-2