Millinin əfsanəvi voleybolçusu geri qayıtdı

15:34 16 Yanvar 2019

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib.

 

Sportarena.az xəbər verir ki, Belarus əsilli idmançı bundan sonra Filippində çıxış edəcək. O, “Generika Ayala Lifesavers” komandasının heyətində forma geyinəcək.

 

Qeyd edək ki, Kseniya Poznyak voleybolçu karyerasını 2018-ci ilin avqustunda başa vurmuşdu. 2002-ci ildən Azərbaycan millisində çıxış edən blokçu indiyə qədər “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti