Almaniyanın “Ştutqart” klubu “Qalatasaray”ın müdafiəçisi Ozan Kabakı transfer edib.
Sportarena.az xəbər verir ki, 18 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 12 milyon avroya başa gəlib. Transfer tezliklə rəsmi şəkildə açıqlanacaq. Ozan “Ştutqart” tarixinin ən bahalı transferi olacaq.
Qeyd edək ki, gənc futbolçu “Qalatasaray”ın yetirməsidir.