Yanvarın 21-dən 24-dək Antalyada təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamızın ilk rəqibi bəlli olub.
Sportarena.az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi millimiz Rusiyanın "Spartak" klubunun əvəzedici komandası ilə qarşılışacaq. Bu barədə Moskva təmsilçisinin saytı məlumat yayıb. Oyunun yanvarın 24-də keçirilməsi nəzərdə tutulub.