Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə, “Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun qeydə alındığı “Antalyaspor” - “Göztəpə” qarşılaşması isə heç-heçə başa çatıb.
İkinci oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Bodrumspor”la 5 qolluq matçdan çətin qələbə ilə ayrılıb. “Başakşəhər” “Hatayspor”u, “Trabzonspor” isə “Balıkəsirspor”u məğlub yola salıb.
Son oyun gününə 2 qarşılaşma təsadüf edib. "Alanyaspor" - "Kasımpaşa" matçında hesab açılmayıb. "Fənərbaxça" isə səfərdə "Ümraniyəspor"a minimal hesabla məğlub olub.