UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı həmkarı Konor Makqreqorla rinqdə yenidən görüşmək fikrində deyil.
Sportarena.az xəbər verir ki, bu barədə o, “TMZ Sports” jurnalistinin revanşla bağlı sualını cavablandırarkən deyib: “Revanş? Nə üçün? Döyüşdən əvvəl o çox danışırdı, amma rinqdə heç nə edə bilmədi”.
Xatırladaq ki, ötən ilin oktyabrında Nurməhəmmədov Makqreqora UFC 229 turnirində qalib gəlib. Konor daha sonra Həbibə revanş təklifi etmişdi.