"Neftçi" baxışa yeni futbolçu dəvət edib.
Sportarena.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan paytaxt klubu nigeriyalı yarımmüdafiəçi Yesse Sekidikanı sınayır. 23 yaşlı futbolçu bu gün Rumıniyanın "Qaz Metan" klubu ilə yoxlama oyununda meydana çıxacaq. O, bu matçda özünü doğrulda bilsə, müqavilə imzalanacaq.
Qeyd edək ki, karyerasına 2016-cı ildə Serbiyanın "Napredak" klubunda başlayan Sekidika Portuqaliya 014/15 mövsümündə "Benfika"nın ikinci komandasında da çıxış edib. Ötən il Türkiyə "Eskişəhərspor"una keçən yarımmüdafiəçi klubun transfer cəzasına görə meydana çıxa bilməyib və ordan ayrılıb.