Polşanın "Lexiya" (Qdansk) klubunun "Qarabağ"ın futbolçusu Simeon Slavçevə borclu olduğu ortaya çıxıb.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. Bolqarıstanlı oyunçu klubdan ona 4 aylıq maaşının verilmədiyini etiraf edib.
Qeyd edək ki, hazırda "Lexiya" maliyyə problemləri ilə üzləşib. Futbolçular bu səbəbdən məşqdə iştirak etməkdən imtina etsələr də, danışıqlardan sonra məşqlərə qatılıblar. Qdansk təmsilçisi yanvarın sonuna kimi bu problemin həll olunacağını bildirib.