“Liverpul”da yeni müqavilə baş tutub.
Sportarena.az xəbər verir ki, "qırmızılar" sol cinah müdafiəçisi Endryu Robertsonla müqaviləni uzadıb. Şotlandiya millisinin kapitanı 2024-cü ilin yayına kimi mersisaydlıların şərəfini qoruyacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2017-ci ildə "Hall Siti"dən “Liverpul”a keçib.