Antalyada qiş təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu yanvarın 18-də ilk yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Roberto Bordinin yetirmələri Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub. Digər iki qola isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.