“Qalatasaray” sabiq futbolçusu Semih Kayanı heyətinə cəlb edib.
Sportarena.az xəbər verir ki, müqavilə ilə Çexiyanın “Sparta” klubuna məxsus olan müdafiəçi mövsümün sonunadək icarə əsasında İstanbul komandasının heyətində çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2017-ci ildə iki milyon avro qarşılığında “Qalatasaray”dan Çexiya komandasına transfer olmuşdu.