"Keşlə"nin son rəqibi müəyyənləşdi

14:20 19 Yanvar 2019

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə” komandası daha bir yoxlama oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi Vranje "Dinamo”su ilə qarşılaşacaq. Matçın Riu Kaya Belek otelinin meydançasında keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, "Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də "Konkordiya” (Rumıniya), iki gün sonra isə "Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti