"Qarabağ" Çexiya klubuna qalib gəldi - YENİLƏNİB

19:56 19 Yanvar 2019

Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ” Antalyadakı təlim-məşq toplanışını davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün qonşu ölkədə 2-ci yoxlama oyununa çıxacaq.Ağdam təmsilçisi Çexiyanın "Bohemians” klubu ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

İlk oyununda Macarıstan "Uypeşt”inə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu dəfə qələbə əldə etməyə çalışacaq. Matç "Gloria Sport Arena”da baş tutacaq.

 

Yoxlama oyunu

19 yanvar

 

18.00 Qarabağ (Azərbaycan) - Bohemians (Çexiya) 3-1 

Antalya. "Gloria Sport Arena”

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.  


Digər xəbərlər

Xəbər xətti