"Sumqayıt"ın oyunu ləğv olundu - YENİLƏNİB

17:11 19 Yanvar 2019

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt” bu gün növbəti oyununu keçirməli idi. 

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələrinin Bosniya və Herseqovinanın "Çelik" klubu ilə qarşılaşması planlaşdırılırdı.

 

İlk oyununda Qazaxıstan təmsilçisi "Jetısu” ilə bərabərə qalan (1:1) təmsilçimizin budəfəki qarşılaşması baş tutmayıb. Buna səbəb bosniya və herseqovinalıların meydana çıxmaması olub. Rəqibin imtinası ucbatından oyun ləğv edilib.

 

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində yanvarın 22-də "Vardar" (Makedoniya), 26-da isə "Zemun"la (Serbiya) üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti