Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Səbail” bu gün növbəti sınağına çıxıb.
Sportarena.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri İsveçrə təmsilçisi "Sürix”lə görüşür.Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunudu. İlk matçında Macarıstan klubu "Aqvital”a 3:2 hesabı ilə qalib gələn bakılılar daha güclü rəqib önündə qüvvəsini sınayır.
Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayıb.
Yoxlama oyunu
19 yanvar
17.00 Səbail (Azərbaycan) - Sürix (İsveçrə) 1-1
Antalya. "Miracle Resort” otelin meydançası.