Antalyada təlim-məşq toplanışında olan "Sabah”ın hazırlıq çərçivəsində son rəqibi müəyyənləşib.
Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi son oyununu İsveçrənin "Syon” klubunun U-21 komandasına qarşı keçirəcək. Görüş sabah Bakı vaxtı saat 16:00-da başlayacaq.
Xatırladaq ki, "Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin "Eskişehirspor” klubunu məğlub edib (1:0), Qazaxıstan "Tobol”uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi "MTK Budapeşt”dən isə üstün olub (3:1).