Fransa Liqa-1-də çətin günlər yaşayan “Monako”nun baş məşqçisi Tyerri Anri qalmaqalla gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, “Strasburq”a 1:5 hesabı ilə uduzduqları matçın 43-cü dəqiqəsində o, futbolçusu Kenni Lalanı təqhir edib.
Oyunçunun meydanda vaxt keçirdiyini düşünən Anri kameralara düşəcək şəkildə ona “fahişənin nəvəsi, meydanda boş vaxt keçirmə” deyib. Tyerrinin təhqirini eşidən 4-cü hakim onu sakitləşdirməyə çalışsa da, o, buna məhəl qoymayıb.