Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail” klubu baxışa iki yeni futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, rusiyalı hücumçu Aleksey Qasilin və serbiyalı müdafiəçi İqor Ristivoyeviç artıq 2 gündür məşqlərə qatılırlar.
23 yaşlı Qasilin Rusiya "Zenit”inin yetirməsidir. O, karyerası ərzində Almaniya "Şalke”sinin ikinci komandasında, vətənində "Amkar” və Portuqaliyanın "Akademiku de Vizeu” kollektivlərində çıxış edib.
31 yaşlı Ristivoyeviç vətənində "Maçva”nın formasını geyinib.
Qeyd edək ki, "Səbail” qış fasiləsində Elvin Yunuszadəni heyətinə qatıb.