"Neftçi" 31 yaşlı futbolçu gətirir - 300 min avroya

14:01 21 Yanvar 2019

“Neftçi” Vangelis Platellasın transferini həll edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə yunan jurnalist Dmitris Samolis xəbər yayıb.O, 31 yaşlı futbolçunun sabah Antalyaya yollanıb, “Neftçi”nin düşərgəsinə qoşulacağını bildirib.

 

Artıq OFİ ilə “Neftçi” arasındakı anlaşmanın detalları da bəllidi. Bu keçid qarşılığında “ağ-qaralar” qarşı tərəfə 300 min avro ödəyəcək.Futbolçunun özü ilə isə 1,5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Yunanıstan Superliqasında ümumilikdə 77 oyun keçirən Vangelis 6 qol vurub. (matç.az)


Digər xəbərlər

Xəbər xətti