Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Hatayspor”a 1:3 hesabı ilə uduzub.
Dəniz start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Gənclərbirliyi” 41 xalla liderliyini davam etdirir.