Türkiyə çempionatı: “Fənərbağça”nın qələbə həsrəti davam edir

12:38 22 Yanvar 2019

Futbol üzrə Türkiyə Superliqasında XVIII tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son matçında turnir cədvəlində 17-ci sırada qərarlaşan İstanbulun “Fənərbağça” komandası səfərdə “Bursaspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.

 

İstanbul təmsilçisinin qolunu Roberto Soldado (20) vurub. Meydan sahiblərinin heyətində isə Aytac Kara (90) fərqlənib.Bu heç-heçə ilə hesabındakı xallarının sayını 17-yə çatdıran Ərsun Yanalın yetirmələri 15-ci pilləyə yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti