İtaliya çempionatının XI turunun son matçında “Yuventus” “Kyevo”nu qəbul edib.
Sportarena.az xəbər verir ki, Turin təmsilçisi rəqibini darmadağın edib – 3:0.Qolları Duqlas Kosta (13), Əmrə Can (45) və Daniele Ruqani (84) vurub.
“Milan” isə səfərdə “Cenoa”nı 2:0 hesabı ilə məğlub edib. Qolları Fabio Borini (72) və Suso vurub (83).